Dekabrın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Xızı şəhərində vətəndaşları qəbul edib.
DGK Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Xızı, Abşeron, Qobustan rayonları və Sumqayıt şəhər sakinlərinin müraciətləri dinlənib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.