Prezident İlham Əliyev dekabrın 29-da Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.
Baki-xeber.com-un xəbərinə görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yolun çəkilməsi və təmir işlərilə bağlı məlumat verib.
Prezident yolun açılışını bildirən rəmzi lenti kəsib.