Azərbaycan Səudiyyə Ərəbistanına raket hücumlarını qınayır. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
H.Hacıyev bildirib ki, bu kimi neqativ hallar regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər: “Regionda sülhün və sabitlyin təmin olunması üçün siyasi diplomatik səylərin artırılmasına çağırırıq”.