çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycanda probasiya xidmətinin ilk birillik fəaliyyətinə dair geniş müşavirə keçirildi... - FOTO

Image


Ölkə Prezidenti İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması təsbit edilib. Ötən dövrdə xidmətin təşkili üzrə qabaqcıl beynəlxalq təcrübə öyrənilib, bu institutun əhəmiyyəti və yeniliyi nəzərə alınaraq probasiya fəaliyyəti ilə məşğul olacaq əməkdaşlar üçün Ədliyyə Akademiyasında treninqlər keçirilib.

Dövlət başçısının cari il noyabrın 7-də imzaladığı Fərmanla nazirliyin strukturunda ayrıca baş idarə səlahiyyətli Probasiya xidməti təsis edilib, 2017-ci il 1 dekabr tarixli Qanunla Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilməklə probasiya nəzarəti təsbit olunub və həmin Qanuna uyğunlaşdırılmaqla xidmətin Əsasnaməsi təsdiq edilib, habelə yerli icra və probasiya qurumları yaradılıb. Nazirlik tərəfindən digər zəruri təşkilati tədbirlər görülərək Probasiya xidməti fəaliyyətə başlayıb.

Bununla əlaqədar qurumun işinin səmərəli təşkili məqsədilə Probasiya xidmətinin, yerli icra və probasiya, regional ədliyyə qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, probasiya üzrə bütün icra məmurlarının iştirakı ilə xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbirə, həmçinin, ədliyyə orqanlarında işləmək üçün müsabiqədən uğur qazanmış və hazırda Ədliyyə Akademiyasında icbari təlim kursu keçən, bir çoxunun probasiya xidmətinə təyinatı nəzərdə tutulan 100-ə yaxın gənc hüquqşünas cəlb olunub.

Müşavirəni giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın hərtərəfli tərəqqisinə yönələn ardıcıl və məqsədyönlü tədbirlərin ədliyyə və məhkəmə sistemini də əhatə etdiyini vurğulayıb, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətini qeyd edib, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında ölkəmiz üçün yeni olan probasiya xidmətinin mühüm roluna və bu sahədə görülən tədbirlərə toxunub, xidmətin yeni təyin olunmuş rəisi Akşin Ziyadovu kollektivə təqdim edib.

Sonra probasiya institutunun mahiyyəti və məqsədlərindən, beynəlxalq təcrübədə tətbiqindən bəhs edən Xidmətin rəisi A.Ziyadov qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Bildirilib ki, azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi niyyətilə dövlət başçısı tərəfindən təsis edilmiş Probasiya xidmətinin təşkili üzrə ötən dövrdə kompleks tədbirlər görülüb, bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli qurulması məqsədilə Ədliyyə Nazirliyi üzrə 1 dekabr 2017-ci il tarixli əmrlə konkret vəzifələr müəyyən edilib.

İclasda həmin vəzifələr yerli icra və probasiya qurumlarının diqqətinə çatdırılaraq, cəmiyyətdən təcridetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni cəzanın qanunvericiliyin tələblərinə tam riayət edilməklə dürüst və mütəşəkkil icrasının təmin olunması, ictimai işlər növündə cəzanın icrasında formal yanaşmaya son qoyulması və bu cəzanın düzgün icrası üçün yerli icra hakimiyyətləri ilə mütəmadi əlaqəli işin qurulması, səmərəli probasiya nəzarətinin təşkili, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı və digər konkret tapşırıqlar verilib.

Müşavirədə nazirliyin aidiyyəti rəhbər şəxsləri tərəfindən çıxışlar edilərək, dövlət başçısının humanist siyasətinin təzahürü olan Sərəncamının insanların azadlıq hüququnun qorunmasına xidmət etdiyi vurğulanıb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılmasında və effektiv nəzarətin həyata keçirilməsində Probasiya xidmətinin mühüm rolu qeyd olunub, xidmətin qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəyinə, cəmiyyətdən təcridetməyə alternativ cəzaların məqsədlərinə nail olunacağına və bu sahədə həyata keçirilən islahatlara öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

İclasda yerli qurumların rəhbərləri dinlənib, mövcud problemlərin səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.

Müşavirəyə yekun vuran nazir müavini xidmətin işinin dövlət başçısının tələbləri səviyyəsində təşkili, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin həyata keçirilməsi və regional ədliyyə idarələrinin imkanlarından istifadə etməklə əməli və metodiki köməkliyin gücləndirilməsi, əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı tapşırıqlar verib, probasiya nəzarətinə götürülən şəxslərin hüquq və azadlıqlarına hörmət edilməsinin, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılmasının, korrupsiyanın yolverilməzliyinin hər bir probasiya əməkdaşının ən ümdə vəzifəsi olduğunu vurğulayıb.

Sonra tədbir "Probasiya xidmətinin təşkili məsələləri" mövzusunda seminar-məşğələ ilə davam edib. Seminarda probasiya institutunun tətbiqi xüsusiyyətləri, qanunvericilikdəki yeniliklər, elektron nəzarət vasitələrindən istifadə qaydaları ilə bağlı mühazirələrlə çıxışlar edilib, əyani təqdimat keçirilərək elektron qolbaqların nümunələri nümayiş etdirilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ