Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr Cenevrə görüşü və onların ATƏT MQ ilə konstruktiv əməkdaşlığa hazır olması yaxşılığa işarədir.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri amerikalı həmsədr Endryu Şeffer danışıqlar prosesinin hazırkı durumunu NEWS.am saytına şərh edərkən deyib. Bildirib ki, həmsədr ölkə kimi ABŞ Minsk prosesinə sadiqdir və tərəfləri Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalar istiqamətində ən yüksək səviyyədə addımlar atmağa çağırır. Şeffer deyib ki, hazırda həmsədrlər iki ölkənin XİN başçılarının yaxın həftələrdə baş tutması gözlənilən növbəti görüşünün tarixini müəyyənləşdirməklə məşğuldur.