Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində, qanunsuz valyuta mübadiləsi əsasında toplanılmış külli miqdarda xarici valyutanın ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə daşınmasında şübhəli bilinən Masallı rayon sakinləri - Babayev Azər Akif oğlu, Qafarlı Mehman Məhərrəm oğlu və Məmmədov Nofəl Müştəba oğlu saxlanılmışlar.
Dövlət Təhlükəsizliyi Xidmətindən baki-xeber.com-a verilən məlumata görə, keçirilmiş baxışlar nəticəsində onlardan 71 min 500 ABŞ dolları, 6 min 500 rubl və 4 min 361 manat məbləğində pul əsginasları protokollaşdırılaraq hal şahidlərinin iştirakı ilə götürülmüşdür.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.