Bazar günü günü, 25 oktyabr 2026
     

Rusiyadakı diaspor təşkilatının fəaliyyətinin dayandırılacağı xəbərləri Azərbaycanda etirazla qarşılandı

Image


“Aprelin 11-də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi məsələsinə baxacağı barədə yayılan məlumat ciddi narahatlıq doğurur”. Bunu APA-ya açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.

E. Nəsirov deyib ki, Heydər Əliyevin təşəbbüsü və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılmış azərbaycanlıların Rusiyada çox mühüm bir diaspor təşkilatının fəaliyyətinin dayandırılacağı barədə informasiyalar Azərbaycan ictimaiyyətini, ziyalıları olduqca narahat edir: “Məsələnin qəlizliyi ondadır ki, belə bir addım atılarsa, bu, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin bütün mahiyyətinə daban-dabana zidd addım olar".

Deputat deyib ki, diaspor təşkilatının Rusiyada fəaliyyəti iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişafına xidmət göstərir.

Millət vəkili hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərinin yüksək inkişafı məntiqindən yanaşılsa, belə bir addımın atılması birmənalı şəkildə qəbuledilməzdir: “Deməli, burada kimlərinsə marağı var. Rusiya Ədliyyə Nazirliyində UAK-ın bağlanması məsələsinə aprelin 11-də baxılacağı gözlənilir. Aprel ayında isə ermənilər dünyada qondarma “soyqırım”ın tanıdılması istiqamətində səylərini artırır, türklərə və azərbaycanlılara müxtəlif istiqamətlərdə ziyan vurmağa, təzyiq göstərməyə çalışırlar. Bunun üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu məsələnin aprel ayına təsadüf etməsi bu baxımdan təsadüfi görünmür. Bu, məqsədyönlü, planlı bir fəaliyyətin nəticəsidir. Bunun arxasında Rusiyadakı, eləcə də dünyada erməni lobbisi, o cümlədən Rusiyadakı anti-Azərbaycan siyasi dairələri dayanır".

E. Nəsirov Rusiya və Azərbaycan prezidentlərinin bu təşkilatın qurultaylarına hər dəfə təbrik məktubları göndərdiyini, UAK-ın fəaliyyətini dəstəklədiklərini də xatırladıb.

"Bunu daha çox Rusiyadakı, dünyadakı erməni lobbisinin adı ilə bağlamaq lazımdır. Təəssüf ki, Rusiyanın müəyyən siyasi dairələrində də Azərbaycanı sevməyən qüvvələr var və bu gün ermənilərlə birlikdə anti-Azərbaycan siyasəti həyata keçirmək istəyirlər" deyə E. Nəsirov bildirib.

E. Nəsirov Azərbaycan ictimaiyyətinin bu prosesləri qınadığını, buna öz etirazını bildirdiyini vurğulayıb: “Azərbaycan ictimaiyyəti hesab edir ki, heç bir halda Rusiyanın müvafiq hakimiyyət dairələri belə bir addımın atılmasına imkan verməyəcək. Çünki belə bir addımın atılması Azərbaycan-Rusiya münasibətlərinin zədələnməsində maraqlı qüvvələrin mənafeyinə xidmət göstərir".

Politoloq Qabil Hüseynli isə Rusiya Ədliyyə Nazirliyində UAK-ın fəaliyyətinin dayandırmasını müzakirəyə çıxarılmasını " gözlənilməz hadisə" adlandırıb: “Azərbaycanda rus icması azad fəaliyyət göstərir, cəmiyyətin sədri Milli Məclisə deputatıdır. Rusiyada da 2 milyon azərbaycanlı yaşayır. İndi Rusiyada yaşayan azərbaycanlıların maraqlarını qoruyan, sırf mədəni təşkilatı kimi fəaliyyət göstərən və qanunlardan kənara çıxmayan UAK-ın fəaliyyətinin dayandırılmasına çalışılması heç cür təqdir oluna bilməz".

Q. Hüseynli qeyd edib ki, belə bir addımın atılması Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurar.

Politoloq vurğulayıb ki, Azərbaycan həmişə iki ölkə arasında yaxın qonşuluq və bərabərhüquqlu münasibətlərin tərəfdarı olub: “Azərbaycan bu istiqamətdə digər postsovet məkanındakı ölkələrə nümunə ola biləcək davranış sərgiləyib. Məsələn, postsovet məkanında ölkələrin heç birində rus dilində təhsil olduğu orta və ali məktəblər yox səviyyəsindədir. Amma Azərbaycanda rusdilli məktəblərin hamısı fəaliyyət göstərir. Universitetlərimizin hamısında rusdilli bölümlər var. Azərbaycanda 140 minə qədər rus yaşayır.  Tolerant, multukultural bir ölkə olan Azərbaycanda rusların maraqları hər yerdə təmin edilir və qorunur".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da UAK-ın vaxtilə prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını, bu qurumun yaradılmasına Rusiya prezidenti Vladimir Putinin də dəstək verdiyini xatırladıb: " Qurumun rəhbərliyində Rusiyada tanınmış azərbaycanlılar, Azərbaycanla bağlı olan Rusiya vətəndaşları yer alıb. Azərbaycan dövləti UAK-ın fəaliyyətinə çox önəm verir, çünki Rusiyada erməni lobbisi də çox güclüdür. Erməni lobbisi hər zaman Azərbaycan əleyhinə çalışır. Bu məsələ ilə bağlı Azərbaycan hakimiyyəti Rusiya rəsmiləri ilə dialoqu fəallaşdırmalıdır. Azərbaycanın Rusiyadakı səfiri, rusların özünün böyük hörmətlə yanaşdığı Polad Bülbüloğlu da bu məsələni diqqətdə saxlamalıdır. Ona görə ki, həqiqətən UAK-ın fəaliyyətini dayandırmaq istəyirlərsə, bu, böyük qalmaqala səbəb olar”.

E. Şahinoğlu düşünmür ki, UAK-ın bağlanması ümumilikdə Rusiya hakimiyyətinin mövqeyidir: “Ola bilər ki, hakimiyyət daxilində erməni lobbisi ilə bağlı olan kimlərsə bu məsələni “öz yolu” ilə həll etməyə çalışır. Lakin bunun baş tutması Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edər. Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biridir. İki ölkənin çox böyük ortaq layihələri, ticarət əməkdaşlığı var.  Düzdür, Rusiya bölgədə Ermənistanı da dəstəkləyir, amma Rusiya Ermənistana silahı pulsuz verdiyi halda Azərbaycan Rusiyadan 4 milyard dollarlıq silah alıb. Bu, Rusiyanın hərbi sənaye kompleksi, büdcəsi üçün də önəmlidir".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu martın əvvəlində bu ölkənin ədliyyə naziri Aleksandr Konovalovla görüşüb.

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) prezidentinin müşaviri, təşkilatın Rəyasət Heyətinin üzvü Kamran Rüstəmov isə APA-ya bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin ötən ilin dekabr ayında keçirilən qurultayında qəbul olunmuş yeni Nizamnaməsi təsdiqlənmək üçün Rusiya Ədliyyə Nazirliyinə göndərilib: " Onlar özləri təyin etdikləri müddətdə buna baxacaqlar. Biz bütün sənədləri təqdim etmişik. Onlar sənədlərdə müəyyən səhvlər tapdılar. Bunlar mexaniki səhvlərdir. Biz onların tövsiyəsi ilə həmin səhvləri düzəltdik, dəyişikliklər etdik, yenidən nazirliyə təqdim etdik. İndi onlardan cavab gözləyirik".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ