Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Rusiyaya səfər edəcək. Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat xidmətinin bəyanatında bildirilir.
Məlumatda qeyd olunur ki, Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Səfər zamanı iki ölkə arasındakı münasibətlərin normallaşdırılması və bir sıra iqtisadi və siyasi məsələlər müzakirə olunacaq.
Bu adada, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəyə səfərini müzakirə edib. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.