İrəvanın Erebuni rayonunda Polis Patrul alayının binasını hələ də nəzarətində saxlayan silahlı dəstə sayca 4-cü polis maşınına od vurub.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə Respublika polisinin mətbuat xidmətinin sözçüsü Aşot Aqaronyan özünün Facebook səhifəsində xəbər yerləşdirib. Bundan öncə - iyulun 25-də silahlı qrup "Chevrolet” markalı polis avtobusunu yandırmışdı. Ondan bir gün öncə isə polisə məxsus "QAZel” eyni aqibəti yaşamışdı.
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs Erebuni rayonundakı polis alayının binasına hücum edərək, insanları günlərlə girov saxlamaqla prezident Sarkisyanın istefasını tələb edib. Sonradan onlara dəstək verənlərin aksiyalar keçirməsilə hərəkat genişlənib və davamlı xarakter alıb. Poislə toqquşmalarda 51 nəfərin xəsarət almasına, 136 nəfərin saxlanmasına baxmayaraq, prezidentin istefasını tələb edən kütlə tələblərindən geri durmur.