Braziliyada naməlum şəxslər Britaniya maqnatı Berni Ekklstounun qaynanasını oğurlayıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, hadisə San-Pauluda 22 iyulda baş verib. Həmin şəxslərin Formula One Group-un sahibi Ekklstoundan girov qarşılığında 120 milyon Braziliya realı tələb etdiyi bildirilir ki, bu sa 36,5 milyon dollar deməkdir.
Qeyd edək ki, britaniyalı maqnatın varidatı 3,1 milyard dollar dəyərində qiymətləndirilir. Özündən xeyli gənc braziliyalı Fabian Flozi ilə isə Ekklstoun 2012-ci ildə evlənib.