İrəvanda polis alayını tutan silahlı qrupa dəstək məqsədilə keçirilən aksiya başa çatıb.
Baki-xeber.com yerli mətbuata istinadən xəbər verir ki, aksiyada "Təsis parlamenti”nin nümayəndəsi Alek Yeniqomşyan çıxış edərək, xalqın hakimiyyətə səhər saat 9-a kimi vaxt verdiyini açıqlayıb. Bildirib ki, səhər təşəbbüs qrupu və vətəndaşlar polis binasını girovda saxlayan dəstə üzvlərinə yemək gətirəcək. Deputat Zarui Postancyan isə yeməyi silahlı dəstəyə çatdırmaqdan ötrü polislə daimi əlaqə saxlayacağını bildirib.
Yeniqomşyan eyni zamanda binadakılarla fasiləsiz rabitənin təmin olunmasını tələb edib. O deyib ki, tərəfdarları günlərlə ac-susuz qala bilər, əsas məsələ Sarkisyan hakimiyyətinin istefasına nail olmaqdır.