Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanmış naməlum şəxs məhdud fizii imkanlı insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri isə yaralayıb.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, cinayət törədən 26 yaşlı bir şəxs olub. Hadisədən yarım saat sonra o, polisə gələrək könüllü təslim olub.
Cinayətkar bildirib ki, əvvəllər həmin internatda çalışıb. Onun əməlinin motivləri isə açıqlanmır.