İstanbulda 42 KİV əməkdaşı saxlanıb. Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyəni "Sabah” qəzeti xəbər dərc edib.
Xəbərdə onların hansı mətbu orqanları təmsil etdikləri göstərilməsə də, bunun baş tutmayan çevrilişlə bağlı olduğu aydındır. Hazırda İstanbul prokurorluğu jurnalistlərin saxlanmış qiyamçılarla bağlı mümkün əlaqələrini araşdırır.
Xatırladaq ki, iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Bunun ardından isə ölkədə kütləvi həbslər başlayıb.