Çinin şərqindəki Hıbey əyalətində şiddətli yağışlar səbəbindən yaranan sel nəticəsində ölənlərin sayı 130-a çatıb.
Baki-xeber.com CNNTürk-ə istinadən xəbər verir ki, bu barədə "Sinhua” agentliyi xəbər yayıb. Xəbərə görə, 110 nəfər isə itkin düşüb. İnsan ölümlərinə səbəb olan vəziyyətin qarşısını almamaqda təqsirli bilinən Çin Kommunist Partiyasının 2 yetkilisinin işinə son verilib, daha 4 əyalət məmuru isə xəbərdarlıq alıb.
Xəbərdə o da bildirilir ki, şiddətli yağışlardan 10 milyona yaxın insan zərər görüb, 300 min nəfər isə risqli zonadan təxliyə edilib. Ölkə infrastrukturuna dəyən ziyanın isə 16,3 milyard yuana çatdığı bildirilir.