Otən həftə İrəvanın Erebuni rayonunda polis alayının binasına hücum edərək 1 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olan, həftə boyu isə qalan 4 nəfəri girov saxlamaqla dövlətə təzyiq göstərən dəstə artıq ölkədə pozuculuq fəaliyyətinə başlayıb.
Baki-xeber.com-un yerli saytlara istinadən xəbərinə görə, həftə sonu qiyamçı dəstə ölkənin təhlükəsizlik xidmətinin rəhbərilə danışıqlardan sonra razılıq əldə olunduğunu açıqlamış, məlumat mərkəzi yaradılması vədinin qarşılığında girovları azad etmişdi. Dünən isə həmin qrup nəzarətində saxladığı ərazidəki polis maşınını partladıb. Qrupun başçısı Varujan Avetisyan bunu aldadıqları üçün etdiklərini deyib. Üstəlik bir PUA da vurduqlarını deyib. Onun sözlərinə görə, əvvəlcə maşını yandırıblar. Bunun ardınca polis əraziyə PİA göndərib. Qrupun üzvü Araik Xandoyan iki atəşlə onu da endirib. Avetisyan deyib ki, onları aldatdıqlarına, yeməksiz, işıqsız qoyduqlarına görə bu addımı atıblar. Lakin o deyib ki, əhvalları çox yaxşıdır, çünki azad ərazidə yerləşirlər və tərəfdarlarını səfərbərliyə çağırırlar.