Almaniyanın Ansbax şəhərində terrora cəhd olub.
Baki-xeber.com-un ria.ru-ya istinadən xəbərinə görə, polisin də nəzarətində olan 27 yaşlı suriyalı miqrant istirahət günləri musiqi festivalı keçirilən restoranda partlayış törədib. Lakin xoşbəxtlikdən, onun özündən başqa ölən olmayıb, yalnız 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Əvvəlcə olay qaz sızmasının nəticəsi kimi qiymətləndirilsə də, sonradan terakt olduğu təsdiqlənib.