"İslam dövləti” terrorçu təşkilatının üzvləri Liviyanın cənubunda kimyəvi silah arsenalı ələ keçirib. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Müəmmər Qəddafinin qardaşı Əhməd Qəddafi "Əş-Şərq əl-Ausat” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ekstremistlər nəhəng miqdarda zarini ölkənin şimalına, o cümlədən Tripoliyə daşıyırlar. Əhməd Qəddafi onu da bildirib ki, ötən il Liviyada kimyəvi silah tətbiq olunub, lakin "dünya ictimaiyyəti buna əhəmiyyət verməyib”.
Hazırda Liviyada 2 mindən çox İŞİD üzvünün olduğu bildirilir. The New York Times isə yazır ki, ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri terrorçuların Rakkadakı mövqelərini bombaladığından onlar alternativ paytaxt kimi nəzərlərini Siirtə çeviriblər.