"İslam dövləti” terror qruplaşması İraqda son 5 ilin ən genişmiqyaslı hücumunu həyata keçirib. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, bu barədə The New York Times qəzeti yazıb.
Nəşrin xəbərinə görə, hücum kürd birləşmələrinin Başik rayonundakı düşərgəsini, Narvan və Tal-Əsvad yaşayış məntəqələrini əhatə edib. Hər hücumda 120 nəfərdən çox İŞİD üzvü iştirak edib. Pentaqon rəsmiləri bildirib ki, beynəlxalq koalisiyanın aviasiya güclərinin havadan dəstəyilə 180 nəfərə yaxın terrorçu məhv edilib, eyni zamanda kürd birləşmələri 100 nəfərə yaxın terrorçunu öldürüb.
Ağ Evin sözçüsü Erik Şults bildirib ki, ABŞ hökuməti İraq və Suriyada terroristlətə qarşı uzun-uzadı əməliyyatlar aparmaq niyyətində deyil.