İŞİD rəhbərliyi terrorçu qruplaşmanın üzvlərinə televizora baxmağı qadağan edib. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Al Bawaba portalı xəbər yayıb.
Qadağanın məqsədi terrorçuları "İslam dövləti”nin mühakimə olunduğu xarici telekanallardan uzaq tutmaqdır. Bundan əlavə, qərara görə, ekstremist qrupun üzvləri bundan sonra televizor ala, təmir edə və onu satışını həyata keçirə bilməz. Qadağanın həyata keçirilməsi üçün səhra komandirlərinə tabeliklərində olanların evlərində axtarış aparmaq və hər hansı texnika açkarlanarsa, onu məhv etmək öhdəliyi götürməklə bağlı sənəd imzaladılıb.
Al Bawaba onu da bildirir ki, İŞİD Qərb brendləri ilə kəskin mübarizə aparır. Belə ki, onun özünün paytaxtı elan etdiyi Rakkada Nike Amerika kompaniyasının geyimləri islam normalarına zidd olduğu əsas gətirilərək qəti şəkildə qadağan olunub. Eyni zamanda, portalın xəbərinə görə, onların zəbt etdiyi ərazidə ingilis dilində yazılı geyim və dar cins geyinənlər cəzaya məhkumdur.