"İslam dövləti” terrorçu təşkilatı özünün "Xilafətin səsi” (Voice of the Caliphate) adlı radostansiyasını açıb. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "The International Business Times” məlumat yayıb.
Nəşrin xəbərinə görə, ekstremistlər efirdə dövlətə qarşı çıxışlar etməklə yanaşı, gəncləri də öz sıralarına çəkmək üçün cəlbedici çağırışlar edirlər. Yerli hakimiyyət orqanları terrorçuların "Xilafətin səsi” vasitəsilə gəncləri daha effektiv şəkildə sıralarına qoşa biləcəyindən narahatdır.
Qeyd edək ki, daha öncə - bu ilin aprel ayında İŞİD ingilisdilli "аль-Байан” internet-radionu təsis edib. Bundan əlavə, terrorçu qrup özünün Dabiq adında aylıq jurnalını da nəşr edir. 6 dekabrda bəlli olub ki, 1,6 min silahlı İŞİD-ə sədaqət andı içərək Əfqanıstanın 4 şərq əyalətini ələ keçirib. Bildirilir ki, terroristlərin əsas məqsədi Pakistanla sərhəddə "Xilafətin” yeni əyalətini yaratmaqdır. Xəbərdə o da bildirilir ki, İŞİD-in uğurlu irəliləyişi Britaniya və Amerika silahlı qüvvələrinin ölkədən çıxarılması ilə əlaqələndirilir. Bu həm də "Taliban” hərəkatı daxilində bölünmələrə səbəb olur.