Con Kerrinin Moskvada ABŞ və Rusiyanın Suriyada əməkdaşlıq etməsinə razılıq verməsi ABŞ-ın Əsəd mövzusunda mövqeyini dəyişdiyi anlamına gəlməməlidir. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, belə bir bəyanatla Birləşmiş Ştatlar rəhbərliyi çıxış edib.
Xəbərə görə, Kerrinin Moskva səfərindən sonra ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi ABŞ-ın Suriya siyasəti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Lakin bu zaman Rusiya və ABŞ-ın Əsəd strategiyası ilə bağlı sualdan yayınan Kirbi yalnız bunları deyib:”Bizim Əsədin Suriyanın gələcəyində yeri barədə düşüncəmiz dəyişməyib”. Mətbuat katibi qeyd edib ki, Əsəd hakimiyyətdə olduğu müddətdə Suriya xalqı təhlükəsizlikdə olmayacaq. ABŞ rəhbərliyinin hələ 2011-i ildə Əsədin legitimliyini itirdiyini bəyan etməsini xatırladan Kirbi "Heç kəs Əsədin getməsinin vacibliyi fikrini dəyişməyib” – deyə əlavə edib. Suriyanın gələcəyində Əsədə yer olmadığını deyən Departament sözçüsü onu da bildirib ki, Suriyada bir nəfərin də olsun, Əsədin ölkənin doğru lideri olduğunu düşündüyünə inanmır.