Müdafiə Nazirliyinin Mətbuat xidmətindəın Trend-ə verilən məlumata görə, Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin də heç bir əsası yoxdur və həqiqətə uyğun deyil.
Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.