İraqın güneyində 26 qətərli ovçu qaçırılıb. Baki-xeber.com-un Habertürk-ə istinadən xəbərinə görə, ötən gecə saat 03:00 radələrində bir qrup silahlı şəxs Pikap konvoyu ilə gələrək qətərli ovçuları qaçırıb.
Ovçuların qaçırılması olayını buna şahid olan iki polis məmuru da təsdiq edib. Onlar qaçırılanlar arasında Qətər xanədanına mənsub şəxslərin də olduğunu bildiriblər, lakin onların kimliyi barədə dəqiq məlumat verməyiblər. Deyilənlərlə bağlı hələlik Dohadan da heç bir açıqlama gəlməyib. Adinin açıqlanmasını istəməyən bir iraqlı polis məmuru isə Reutersə bildirib ki, ovçuların yanında mühafizəçilər olsa da, onlar silahlılarla savaşa girmək istəməyib.
Qətərli ovçuların kim tərəfindən qaçırıldığı bilinməsə də, İŞİD üzvlərinin konvoyla gəzdiyi faktdır. O üzdən bu olayın da terrorçu təşkilat tərəfindən törədildiyi güman olunur.