Ağrı, Bitlis və Tuncelidə PKK-çı terroristlərin qış üçün ərzaq topladığı mağara aşkarlanıb. Baki-xeber.com bu barədə Habertürk-ə istinadən xəbər verir.
Xəbərə görə, Ağrı dağında aşkarlanan həmin mağaranın girişi bir adamın zorla keçə biləcəyi qədər dar olsa da, içərisi 650 kvadratmetr sahəni əhatə edir. Mağaranın hündürlüyü isə 8 metrə qədərdir. Aşkarlandığı anda mağarada xeyli ərzaq və yaşam üçün zəruri əşyaların olduğu ortaya çıxıb.