Almaniya kansleri Angela Merkel Türkiyədə ayrılacaq 3 milyard avroluq yardımın suriyalı qaçqınlara sərf ediləcəyini bildirərək, Türkiyənin AB üçün regionda açar rolunu oynadığını bildirib.
Baki-xeber.com-un Habertürkdən əldə etdiyi məlumata görə, Brüsseldə keçiriləcək Avropa Birliyi zirvəsi öncəsi Federal Məclisdə çıxış edən xanım Merkel Minsk razılaşmasına rəğmən Ukraynanın şərqində atəşkəsə əməl etmədiyi üçün Rusiyanı sərt tənqid edib. "Mən və ölkəmin xarici işlər naziri həm Minsk razılaşmasını, həm də Rusiyaya qarşı AB sanksiyalarının uzadılmasını dəstəkləyəcəyik” – deyən Merkel, Krımı ilhaq etməsi səbəbindən, bu sanksiyaların qaldırılmasının zatən müzakirə mövzusu olmadığını bildirib.
Almaniya kansleri çıxışında suriya mövzusuna da toxunub. Vyanada Suriya görüşmələrinin bu ölkədə yaşanan böhranlı vəziyyətə çözüm tapılması məqsədi daşıdığını deyən kansler "Suriyada önəmli olan savaşın bitməsidir, həm də Əsədsiz” – deyə bildirib.