"Texnikabank” ASC loqotip və şüarını yeniləyib. Bu barədə baki-xeber.com bankın özündən məlumat əldə edib.
Bank yetkilisinin verdiyi məlumata görə, loqo bankın yenidən qaytarılmış ilkin adını əks etdirir. Loqoda baş hərflərin birləşməsi nəfis kompozisiya yaradır. Hərflərin bir-birinə hörülməsi isə bank mexanizminin dəqiqliyinə, müasir texnologiyalarla işləməsinə işarədir. Loqonun rəng çalarları da ilkin versiyaya qaytarılıb (əsas rəng - tünd yaşıl, köməkçi rəng - firuzəyi) ki, bu da bankın ənənələrinə sadiqliyi ilə yanaşı, təmkin və etibarlılığını nümayiş etdirir.
Yeni sloqan - "Ən etibarlı bank”, maliyyə qurumun əsas üstünlüyünə, etibarlılığa dəlalət edir və Azərbaycan iqtisadiyyatının sistem əhəmiyyətli banklarından hesab edilən "Texnikabank”ın nüfuzunun yenidən qaytarılmasını ifadə edir.
Bankın saytı isə www.texnikabank.az ünvanına köçürülüb və yaxın vaxtlarda yeni dizaynda müştərilərin istifadəsinə veriləcək.