Rusiyada təhsil alan türk tələbələr heç bir təhdid və sıxışdırılma ilə üzləşmir. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, bu barədə RF Xarici İşlər Nazirliyindən bildiriblər.
"Bu istiqamətdə araşdırmalarımız nəticəsində yalnız bir fakt aşkarlanıb. Bu da Voronej Yüksək Texnologiyalar İnstitutundan 8 türk tələbənin xaric edilməsidir. Lakin bu heç bir halda siyasi motivlərlə bağlı deyil. Onların ali məktəbdən xaric olunmalarına səbəb təhsildə geri qlmaları və dərsdən yayınmaları olub” – deyə Nazirliyin açıqlamasında bildirilir.
Qeyd edək ki, təyyarə qalmaqalının ardından Türkiyə -Rusiya münasibətlərinin pisləşməsilə Rusiyada təhsil alan Türkiyə vətəndaşlarının bu ölkədə sıxışdırılması, kütləvi şəkildə təhsil müəssisələrindən uzaqlaşdırılması barədə xəbərlər yayılıb.