Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir: "Dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən "Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.