Bu gün səhər saatlarında Kamçatkanın Sobolev rayonuna qaz kompaniyasının işçilərini daşıyan Mi-8 vertolyotu sərt eniş edib. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, vertolyotda 19 nəfər sərnişin və 3 ekipaj üzvü olub.
Verilən xəbərə görə, nəticədə bir nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda hadisə yerində xilasedicilər işləyir, yaralılara tibbi xidmət göstərilir.
Faktla bağlı cinayət işi açılıb.