ABŞ-ın bugünkü administrasiyasının xarici siyasəti Yaxın Şərqdə destabilləşməyə gətirdi. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, belə bir bəyanatla ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd, milyarder Donald Tramp çıxış edib.
"Biz təkcə Yaxın Şərqə deyil, bütün insanlığa pislik etmişik. İnsanlar öldürülür, nəyin xətrinə?”- deyə o, teledebat zamanı tamaşaçılara sual edib.
Regiondakı situasiyanı tamamilə başıpozuqluq adlandıran Tramp deyib ki, ölkəsinin "xidmətləri” sayəsində Yaxın Şərqdə stabillikdən əsər-əlamət qalmayıb.