Hələbdə Rusiya təyyarələrinin bombardmanı nəticəsində 5 nəfər həyatını itirib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, aviazərbələr Firdevs rayonunun müxalifətin nəzarətində olan yaşayış məntəqələrinə endirilib. Hələb şəhərinə atılan bombalar nəticəsində 5 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.