XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in sorğusunu cavablandırarkən bildirib ki, bu məlumat düzgün deyildir: "Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində mənzillənən Suriya Ərəb Respublikasındakı Səfirliyi Beyrutun Nəqqaş Rabia rayonunda yerləşir. Beyrutda ermənilərin kütləvi şəkildə yaşadıqları rayon isə Burc Hammud adlanır. Əgər müqayisə üçün desək Beyrutda səfirliyin yerləşdiyi rayon ilə Burc Hammud arasındakı məsafə fəqri təqribən Bakının Səbayıl rayonu ilə Əhmədli arasındakı fərqə bənzəyir. Bununla belə, Livan və Beyrut ilə yaxından tanış olan şəxslər bilirlər ki, ermənilər kompakt yaşadıqları Burc Hammud ilə bərabər Beyrutun digər rayonlarına da səpələnmişlər".