H.Hacıyev bildirib ki, XİN-in təlimatı əsasında İrandakı səfirliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib və hazırda araşdırma aparılır.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov isə bildirib ki, azərbaycanlı balıqçıların İranda olması məsələsi araşdırılır (APA).
Xatırladaq ki, keçən həftə Xəzər dənizində 4 azərbaycanlı balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.