Bir müddət əvvəl İraqın baş naziri Heydar Əl-İbadinin qərarı və parlamentin razılığı ilə vəzifədən kənarlaşdırılan İraq prezidentinin keçmiş köməkçisi Nuri əl-Maliki Türkiyə ilə bağlı sərt açıqlama verib. Lent.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Tehranda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Maliki Türkiyə hökumətinin və prezident Rəcəb Tayyip Ərdoğanın İŞİD terror təşkilatına yardım etdiyini deyib. İraqda baş nazir olduğu dövrdə tez-tez məzhəbçiliyə dəstək verməkdə ittiham edilən Maliki deyib ki, Türkiyədə hakimiyyətdə olan qüvvələr şiəlik və ona yaxın olan bütün hökumət və təşkilatlara qarşıdır. Maliki sözlərinə belə davam edib: "Avropa qapılarını Türkiyənin üzünə bağlayandan sonra onlar Osmanlı İmperiyası xülyası ilə Yaxın Şərqə hücum etdilər. Əgər şiə polislər olmasaydı, Türkiyə İraqda istədiyini edəcəkdi. Məhz şiə qüvvələri Türkiyəyə mane ola bildi”. Maliki İŞİD terror təşkilatının Türkiyədə qurulduğunu və təşkilatlandığını iddia edib: "İŞİD İstanbul və Ankarada planlaşdırılmış bir təşkilatdır.
Qeyd edək ki, Nuri əl-Maliki İraqın ən böyük şəhərlərindən olan Mosulun İŞİD qüvvələri tərəfindən işğal olunmasında günahkar bilinir və İraq hökuməti onun məhkəmə qarşısına çıxarılaraq cəzalandırılmasına çalışır.