"İslam dövləti” terror təşkilatı türk dilində yaydığı videoda Türkiyə və onun prezidenti Ərdoğanı təhdid edib. Baki-xeber.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Prezident Ərdoğan haqqında ağır ifadələrin yer aldığı videogörüntüdə Ankaranın ABŞ-ın anti-İŞİD koalisiyasına qoşulması pislənir. Görüntülərdə türkcə danışan şəxs Türkiyədəki İŞİD tərəfdarlarına "İstanbulu fəth edək” çağırışı edir. Xəbərdə o da qeyd olunur ki, videonun peşəkar tərəfindən çəkildiyi aşkardır.