Prokuror Zəkəriyyə Özün Ermenistan üzərindən Almanyaya qaçması Türkiyədə sosial medianın gündəm mövzusuna çevrilib. Baki-xeber.com-un ölkə mediasına istinadən xəbərinə görə, xüsusilə qalmaqallı "Ergenekon” əməliyyatının gedişində barəsində istintaq açılan, o üzdən xaricə səfər edə bilməyən şəxslər Zəkəriyyə Özün barəsində həbs qərarı çıxarılmazdan 12 saat əvvəl ölkəni tərk edə bilməsinə ciddi etiraz edib. Onlardan biri də jurnalist Fatma Sibel Yüksəkdir ki, 6,5 il cəza alması səbəbindən öz məsləkini uzun bir zaman yerinə yetirə bilməyib. Eks prokurorun Almaniyaya qaçışından sonra Fatma Sibel Yüksək özünün tvitter səhifəsində yazdığı "Ölkə xaricinə qaçan prokurorun qoyduğu yasaqla mən ölkə xaricinə çıxa bilmirəm, bu doğrumu?” sözlərilə duruma etiraz edib.