Tailand hökuməti Banqkokun mərkəzində terror aktı törədən şəxsin görüntülərini əldə edib. Bu barədə krallığın quru qoşunları komandanı Udomdej Sitabutr məlumat verib. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, o həmçinin deyib ki, partlayışın təşkilatçıları bunu iqtidardan qisas almaq məqsədilə edə bilər. Sitabutr terrorçunun milliyyəti barədə bir söz deməyib, lakin yerli KİV bunun ərəb görünüşlü biri olduğunu yazıb.
Qeyd edək ki, Banqkok şəhərində törədilən partlayış nəticəsində 19 nəfər həlak olub, 110 nəfər yaralanıb. Terror aktı şəhərin tarixi məkanı olan Eravan tapınağında baş verdiyindən, xəsarət alanların əksəriyyəti turistlərdir. Onlar arasında çoxluğu isə Çindən olanlar təşkil edir.