Tailand hökuməti Banqkokun mərkəziddə baş verən partlayəşın ardından şəhərdəki bütün məktəblərin bağlanması barədə qərar qəbul edib. Baki-xeber.com-un Rusiyanın "Komsomolskaya pravda"
qəzetinə istinadən xəbərinə görə, bu qərara əsasən 18 avqustda 438 təhsil müəssisəsi qapılarını şagirdlərin üzünə bağlayacaq. Lakin xəbərdə o da bildirilir ki, ticarət mərkəzləri işlərini dayandırmaq fikrində deyil və gündəlik fəaliyyətlərinə davam edəcəklər.
Qeyd edək ki, Banqkokun mərkəzində partlayış həftənin birinci günü baş verib. Prtlayışın ardından polis yaxınlıqda daha iki partlayıcı qurğu aşkarlayaraq zərərsizləşdirib. Rəsmi məlumata görə, terakt nəticəsində 19 nəfər həlak olub, 130 nəfər isə yaralanıb.