Bazar günü günü, 27 sentyabr 2026
     

Fuad Nəcəflinin ən böyük “cinayəti” - Prezidentin etimadına hörmətsizlik, köməkçisi Ramiz Məmmədov isə...

Image


Naxçıvanda ümidləri puça çıxmış Fuad Nəcəflinin fəaliyyətinə tənqidi baxış

22 dekabr 2022-ci ildə İlham Əliyev tərəfindən imzalanan sərəncamla Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikası üzrə Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunduqda, cəmiyyətdə ciddi gözləntilər formalaşmışdı. 25 illik Vasif Talıbovun idarəçiliyindən sonra bölgədə sistemli dəyişikliklərə, şəffaflığa və institusional islahatlara ehtiyac olduğu açıq şəkildə görünürdü. Lakin ötən müddət ərzində baş verənlər göstərdi ki, bu ümidlər özünü doğrultmadı.

Fuad Nəcəflinin adı uzun illər Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə rəhbərlik etmiş Bəhruz Əsgərov barəsində açılmış cinayət işi çərçivəsində hallanır. Əsgərovun mənimsəmə və vəzifə saxtakarlığı kimi maddələrlə ittiham olunması fonunda Nəcəflinin də istintaqa çağırılması bölgədə idarəetmə sisteminin nə dərəcədə problemlərlə yükləndiyini göstərir. Məlumatlara görə, dövlət vəsaitlərinin qanunsuz istifadəsi ilə bağlı epizodlar məhz onun vəzifədə olduğu dövrə təsadüf edir.

Bu faktın özü belə, Naxçıvanda şəffaflıq və hesabatlılıq mexanizmlərinin işləmədiyini ortaya qoyur. Əgər əsas məqsəd əvvəlki dövrdə formalaşmış neqativ təcrübəni aradan qaldırmaq idisə, nəticədə daha dərin inamsızlıq mühiti yarandı.

Sosial şəbəkələrdə naxçıvanlılar yazır ki, Vasif Talıbovun qadağan etdiyi bir çayxana əvəzinə Fuad Nəcəfli beş restoran, çayxana və market açdı, amma əvəzində iş yerləri bağlandı, dövlət idarələrində korrupsiya və rüşvətxorluq tüğyan etdi.

Sosial şəbəkə istifadəçiləri ironiya ilə yazır ki, Fuad Nəcəfli qoy özü ilə gətirdiyi kadınlarını və əxlaqsızlıqla məşğul olan şəxsləri da götürub getsin.

Naxçıvanda səhiyyə sahəsi ilə bağlı səsləndirilən ittihamlar isə vəziyyətin miqyasını daha da genişləndirir. Muxtar respublikanın səhiyyə naziri Samiq Sadıxov haqqında səsləndirilən iddialar - xəstəxana işçilərinin əmək müqaviləsindən kənar işlərə cəlb edilməsi, həkimlərdən məcburi pul yığılması və təzyiqlər regionda idarəetmənin nəzarətsiz qaldığını göstərir.

Əgər bu proseslər doğrudan da baş veribsə, bu, təkcə bir nazirin deyil, ümumi idarəetmə modelinin iflasıdır. Çünki belə hallar yüksək səviyyəli siyasi nəzarət və iradə olmadan uzun müddət davam edə bilməz.

Naxçıvanda məhkəmə sisteminin vəziyyəti ilə bağlı səsləndirilən tənqidlər də diqqət çəkir. Qanunvericiliyin prosessual tələblərinin pozulması, məhkəmə qərarlarının açıq şəkildə hüquqi prinsiplərə zidd şəkildə çıxarılması barədə iddialar bölgədə hüquqi nihilizmin formalaşdığını göstərir. Hüquq sisteminə inamın itirilməsi isə istənilən cəmiyyət üçün ən təhlükəli mərhələdir.

Fuad Nəcəfli Naxçıvana göndərilərkən əsas gözlənti əvvəlki rəhbərlik dövründə formalaşmış neqativ idarəçilik modelinin dəyişdirilməsi idi. Uzun illər bölgəyə rəhbərlik etmiş Vasif Talıbov dönəmində yaranmış sərt inzibati sistemdən sonra yeni mərhələnin daha liberal və hesabatlı olacağı düşünülürdü. Lakin ictimai rəydə formalaşan qənaət ondan ibarətdir ki, yeni idarəçilik nəinki köhnə problemləri aradan qaldırmadı, əksinə, bir çox sahələrdə daha böyük xaos və anarxiya yaratdı.

İş yerlərinin bağlanması, kiçik və orta sahibkarlığın zəifləməsi, sosial-iqtisadi durğunluq iddiaları bölgədə əhalinin narazılığını artırdı. Əgər Prezident səviyyəsində prioritet yeni iş yerlərinin açılması idisə, praktikada bunun əksi müşahidə olunduğu bildirilir.

Fuad Nəcəflinin komandasına daxil olan şəxslərlə bağlı da suallar açıq qalır. Xüsusilə sələfi Vasif Talıbovdan ona "yadigar qalmış", köməkçisi kimi fəaliyyət göstərmiş və daha sonra Naxçıvan Alı Məclisinə deputat seçilmiş Ramiz Məmədov barədə səsləndirilən fikirlər, komanda daxilində kollektiv məsuliyyət prinsipinin işləmədiyini göstərir. Əgər idarəetmə dövründə qanunsuzluqlar baş veribsə, bu proseslər bir nəfərin fəaliyyəti ilə məhdudlaşa bilməz. Bu baxımda Fuad Nəcəflinin köməkçisi işləmiş Ramiz Məmmədovun da istintaqa cəlb edilnəsi zəruridir. Çünki onun ifadələri Nəcəflinin qanunsuz əməllərinə daha aydın işıq sala bilər. Lakin hələ də Ramiz Məmmədov köməkçi olaraq öz görəvində saxlanılır və istintaqa cəlb edilmir.

Fuad Nəcəflinin Naxçıvandakı fəaliyyəti ilə bağlı ortaya çıxan iddialar və ictimai narazılıq bir məqamı aydın göstərir: əsas problem fərdi fiqurlardan daha çox sistemlidir. Lakin sistem dəyişikliklərinin simvolu kimi təqdim olunan bir şəxsin özü korrupsiya və idarəçilik böhranı ilə assosiasiya olunursa, bu, dövlətin etimad siyasətinə ciddi zərbə vurur.

Naxçıvan cəmiyyətinin gözləntisi sadə idi - şəffaflıq, ədalət və inkişaf. Bu gözləntilər doğrulmadıqda isə tənqid qaçılmaz olur. İndi əsas sual budur: bölgədə real və davamlı institusional islahatlar aparılacaqmı, yoxsa növbəti kadr dəyişikliyi ilə problemlərin üstü yenidən örtüləcək?

Əgər məqsəd həqiqətən də hüquqi dövlət və effektiv idarəçilikdirsə, o zaman məsuliyyət fərdi deyil, sistemli şəkildə müəyyənləşdirilməli və ictimaiyyətə açıq hesabat verilməlidir. Yalnız bu halda Naxçıvanda itirilmiş etimadı bərpa etmək mümkün ola bilər.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ