ABŞ rəsmiləri bəzi Avropa liderlərini İrandakı əməliyyat səbəbindən silah tədarükündəki gecikmələr barədə məlumatlandırıb. Reuters-in xəbərinə görə, gecikmələrin Baltikyanı və Skandinaviya da daxil olmaqla bir neçə AB ölkəsinə təsir etdiyi bildirilir. Məlumata görə, ABŞ rəsmiləri yazışmalarda münaqişənin ABŞ arsenalını tükəndirməyə davam etdiyini, buna görə də əvvəllər imzalanmış müqavilələr çərçivəsində tədarükü tam həcmdə təmin edə bilməyəcəklərini bildiriblər. Qeyd olunur ki, Ağ Ev rəsmiləri Yaxın Şərqdəki münaqişənin ABŞ müdafiə sənayesinin artan tələbatı ödəməsinə mane olacağından narahatdırlar, buna görə də dünyanın bəzi müştərilərinə tədarükü azaltmağı düşünürlər
SAMİRƏ