ABŞ prezidenti Donald Tramp Livan Hizbullah hərəkatından "xoş niyyətli" davranış gözlədiyini bildirib. Amerika lideri bu barədə 17 aprel cümə günü sosial media hesabı Truth Social-da yazıb.
"Ümid edirəm ki, Hizbullah bu vacib dövrdə yaxşı və xoş niyyətlə davranacaq. Əgər belə etsələr, bu onlar üçün əla an olacaq. Öldürmək yetər", - yazan Tramp nəhayət sülhün gələcəyini vurğulayıb.
Başqa bir tvitində isə Tramp "bu, Livan üçün tarixi bir gün ola bilər" deyə bildirib və əlavə edib ki, "gözəl şeylər baş verir".
SAMİRƏ