Bu gün günortadan sonra Yəmən və Cibuti arasındakı Bab əl-Məndəb boğazında yeni hərbi gərginliyin yaranacağı gözlənilir. “Fars” Xəbər Agentliyi bu barədə adı açıqlanmayan bir məmurun açıqlamasını yayıb.
"Sərhədsiz Döyüşçülər" (İnqilab Keşikçilərinin Qüds Qüvvələri) tərəfindən Bab əl-Məndəb boğazındakı bütün kommersiya və hərbi gəmilərə göndərilən xəbərdarlıqda deyilir: "Bunu xoş niyətlə deyirik, bu gün günorta saatlarından etibarən Bab əl-Məndəbi keçmək istəyən hər kəs altı istiqamətinə həmişəkindən daha çox diqqət yetirməlidir”.
Tahir TAĞIYEV