İranın yeni Ali Lideri Müctəba Xamenei huşsuz vəziyyətdədir və şiələrin müqəddəs Qum şəhərində müalicə alır. Bu barədə 6 aprel bazar ertəsi günü Britaniyanın The Times qəzeti ABŞ və İsrail kəşfiyyatına əsaslandığı iddia edilən diplomatik notaya istinadən məlumat yayıb.
Qəzet sənəddən bir hissəni sitat gətirir: "Müctəba Xamenei Qumda ağır vəziyyətdə müalicə alır və heç bir rejimin qərar qəbul etməsində iştirak edə bilmir". "The Times" qəzeti memorandumu hansı xarici işlər nazirliyinin hazırladığını dəqiqləşdirmir. "Müxalifətdə bir qrup onun komada olduğunu və xəstəxanada müalicə aldığını iddia edir, digərləri isə onun ayağının sındığını və üzünün zədələndiyini iddia edirlər", "The Times" əlavə edir.
"Əmək qabiliyyətinin itirilməsi" ilə bağlı xəbərlər gənc Xameneinin Ali Liderin mütləq hakimiyyətə malik olduğu bir ölkədəki statusunu şübhə altına alır. Britaniya nəşri qeyd edir ki, "Bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) ölkə üzərində faktiki nəzarəti saxladığı, Xameneinin isə səssiz kukla və ya fiqur olduğu barədə şayiələri artıra bilər".
SAMİRƏ