Türkiyənin Sarıyer əyalətində ABŞ Konsulluğunun binasına silahlı basqın olub. Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, polislə basqınçılar arasında atışma çıxıb. Kimliyi bilinməyən basqınçıların birinin kişi, digərinin qadın olduğu bildirilir. Atışmanın ardından onlar aradan çıxa biliblər. Əraziyə dərhal bomba zərərsizləşdirmə və təhqiqat qrupu cəlb olunub. Çoxlu sayda Təcili Yardım maşınının da ərazidə hazır vəziyyətdə gözlədildiyi gələn xəbərlər sırasındadır. Tələfatın olub-olmadığı barədə xəbər verilmir.