Bu gündən ABŞ-ın Rusiya kompaniyalarına qarşı genişləndirilmiş sanksiyaları qüvvəyə minir. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir.11 fiziki, 15 hüquqi şəxsə qarşı yönələn sanksiyaların genişləndirilməsi barədə Amerika hökuməti 30 iyul tarixində xəbərdarlıq edib. Sanksiya siyahısının "Ukraynada və onun Krıım regionunda baş verənlərlə” bağlı genişləndirildiyi bildirilir. Birləşmiş Ştatlarda hesab edirlər ki, "qara siyahı”ya düşən fiqurantların aktivləri ABŞ yurisdiksiyası altına düşərsə dondurula bilər. Beləliklə, amerikanlara Rusiya müəssisələri ilə iş ortaqlığı yasaqlanb.
Bundan əvvəl Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirmişdi ki, ABŞ hökuməti özünün xarici borclarını qapatmaq üçün yeni sanksiyalar tətbiq etməklə Rusiya iqtisadiyyatına çıxış əldə etməyə can atır.