"Ansar-Allah”hərəkatından üsyançı husilər nəzarətlərində qalan Yəmənin paytaxtı Sənada fövqəladə vəziyyət elan ediblər. Baki-xeber.com "Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, fövqəladə vəziyyət həftənin bazar gününə keçən gecə elan olunub. Mənbə eyni zamanda xəbər verir ki, husilər Sənada əlavə postlar qurublar, bir sıra rayonlarda isə toqquşmalar davam edir.
Bundan əvvəl Səudiyyə Ərəbistanından idarə olunan koalisiya qüvvələrinin Yəmənin cənubundakı Aden limanına daşınmasına başlanıb. Sözügedən liman koalisiya qüvvələrinin havadan dəstəyilə Yəmən ordusu tərəfindən iyulun ortalarında şıə husilərin əlindən alınıb. Müxtəlif məlumatlara görə, buradakı əcnəbi kontingentin sayı 200 – 1,5 min nəfər təşkil edir. Onların məqsədi prezident Əbd-Rabbu Mənsur Hadinin ölkəyə təhlükəsiz qayıdışına nail olmaq və Aden yaxınlığındakı strateji əhəmiyyətli hərbi bazanı ələ keçirməkdir.