İtaliyanın eks baş naziri Liviya qəzetinə müsahibəsində maraqlı açıqlamalar səsləndirib. Baki-xeber.com bu barədə RİA "Novosti”yə istinadən xəbər verir.
Berluskoninin sözlərinə görə, Qərb "Ərəb baharı”nın baş verməsində maraqlı idi, lakin Liviyaya münasibətdə yanlışlığa yol verildi. Ölkədə hazırda anarxiya və başıpozuqluğun hökm sürməsinə diqqət çəkən eks baş nazir hakimiyyətə islamçıların gəlməsini region üçün fəlakət adlandırıb.
"Bəli, Qəddafi diktator idi, o çox böyük səhvlər buraxıb, lakin Liviyanın bütövlüyünü yalnız o qoruya bilərdi”- deyə Berluskoni bildirib.
Qeyd edək ki, 2011-ci ildə Qəddafinin devrilməsindən sonra Liviyada başlanan hakimiyyət böhranı hələ də davam edir. Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür: seçki yolu ilə formalaçmış parlament Tobrukda, islamçı ümumxalq konqresi Tripolidə oturur. Hər tərəfin də öz baş naziri var. Ölkənin bir sıra rayonları isə nəzarətdən tam kənarda qaldığından İŞİD qüvvələrinin əlinə keçib.