Bu gün səhər saat 9.00 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən heyvandarlıq kompleksində güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, yanğının söndürülməsi üçün hadisə yerinə Lənkərandan 3, Masallıdan 1 yanğınsöndürən maşın, habelə canlı qüvvə göndərilib.
Yanğın baş verən və ümumi sahəsi 20 000 kv.m-dən çox olan kompleksin heyvandarlıqla yanaşı, quşçuluq istiqamətində də fəaliyyət göstərdiyi bildirilir. Məlumata görə, yanğın nəticəsində xeyli sayda toyuq-cücə tələf olub, tonlarla ot bağlaması yararsız vəziyyətə düşüb.