Bazar günü günü, 11 oktyabr 2026
     

Şuşadan genlərlə gələn istedad və səs

Image



"Vətənim, soy-köküm, ailəm, sənətim, gələcək arzularım barədə danışmaq mənim üçün həmişə fəxrdir. Atam Ramil Kazımov köklü şuşalıdır. İşğaldan əvvəl heç cür inana bilməyiblər ki, tac-şəhərimizdəki son anlarıdır və həmin əsrarəngiz məkanı tərk edərək, 30 il ərzində Şuşasız yaşamaq məcburiyyətində qalacaqlar. Nənəm orada məktəb direktoru vəzifəsində çalışırdı və babamla birgə son günədək doğma yurd-yuvadan çıxmaq niyyətində olmayıblar. Özlərinin dediyinə görə, vəziyyət elə gərginləşibmiş ki, artıq qalmaq mümkün deyilmiş. Əlbəttə, bütün həyatı Şuşa ilə bağlı insanların belə uzun müddət onunla ünsiyyəti itirmələri xeyli ağır və ağrılıdır. İndi isə Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər zəminində Qarabağın tam azadlığı hər bir azərbaycanlı kimi biz də çox sevindirir. Buna görə də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ailəmiz, bütün şuşalılar adından minnətdarlığımı bildirirəm!"

Bu sözləri gənc və istedadlı həmyerlimiz, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının "Akademik vokal" şöbəsinin II kurs tələbəsi Teymur Kazımov deyib. Hələ 19 yaşında olmasına baxmayaraq, Azərbaycan mədəniyyətinin, musiqisinin səsini bütün dünyaya çatdıran, ölkə daxilində və xaricdə çoxsaylı nüfuzlu tədbirlərə qatılan vokalçı 27 beynəlxalq və respublika musiqi müsabiqələrinin laureatıdır. Onlardan iyirmisində birinci yeri tutub, ikisində Qran-Priyə layiq görülüb. Ötən ilin martında ABŞ-nin Florida şəhərində baş tutan Cövdət Hacıyev adına  "Florida Keys" VIII beynəlxalq onlayn musiqi müsabiqəsi (Vokal Pro nominasiyasında Qran-Pri və Heydər Əliyev mükafatı),  30 oktyabrda Sankt-Peterburqda keçirilən "Nevski solovey" Ümumrusiya uşaq vətənpərvərlik mahnı konkursu (Müslüm Maqomayevin "Baharlı yurdum - Azərbaycan" mahnısını ifasına görə 1-ci yer), 2021-ci ilin 2-14 yanvarında Türkiyədə Caspi Art Competitions "New Year’s Stars" beynəlxalq festivalı (1-ci yer), 18 fevralda Moskvada "Qara Qarayev adına açıq internet müsabiqəsi" (1-ci yer və Peşəkar mükəmməlliyə və sənətkarlığa görə Xüsusi Diplom), 26-28 martda "Yelena Obraztsova Mədəniyyət Mərkəzinin mükafatı uğrunda III Vokal və instrumental sənət müsabiqəsi" (1-ci yer), 25-30 mayda Tbilisidə Nodar Andquladze adına IV Beynəlxalq vokal müsabiqəsi (Akademik vokal üzrə 1-ci yer), 12 iyunda "Florida Keys" VI beynəlxalq onlayn musiqi müsabiqəsi (1-ci yer və Fikrət Əmirovun əsərinin ən yaxşı ifasına və xaricdə Azərbaycan musiqisini təbliğə görə xüsusi pul mükafatı), yenə də həmin ilin 10-21 avqustunda ABŞ-nin Klivlend şəhəribdə "The Stars of Summer" Vokalçıların və pianoçuların II Beynəlxalq festivalı (Qran-Pri mükafatı), 1-10 oktyabrda Londonda reallaşan "Stars of the Albion" beynəlxalq yarışması (1-ci yer və Akademik vokal nominasiyasında "Xalqın seçimi" mükafatı), 2020-ci il oktyabrında Bakıda BMA məktəb-studiyasının 40 illiyinə həsr olunmuş "Akademik, Xalq və Caz Musiqisi İfaçilarinin Birinci Beynəlxalq Müsabiqəsi" (1-ci yer), noyabrın 8-də Praqada Çexiya Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Gold World and Gold Europe Festivals" çərçivəsində "Jiskra 2020 - Praha" onlayn müsabiqəsi (1-ci yer), 1-5 iyulda Gürcüstanın Borjomi şəhərində "The 1st International competition Harmonia" beynəlxalq yarışması (1-ci yer), 27 aprel-4 may 2018-ci ildə Türkiyədə keçirilən "Harmony" beynəlxalq müsabiqəsi (1-ci yer) və digər ünlü festivallar bu qəbildəndir.

Bir məqamı da vurğulayaq ki, Teymur incəsənətimizi təbliğ edən vətənpərvər sənətçi kimi yalnız müsabiqələrlə kifayətlənmir,  Azərbaycan diasporunun sərhədlərimizdən kənarda, əsasən də Rusiyada təşkil etdiyi mərasimlərə mütəmadi şəkildə qatılır. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev KİV-ə müsahibəsində ölkələrimiz arasında yeni humanitar, mədəni və təhsil layihələrindən bəhs edərkən fəal və talantlı həmyerlimizin də adını çəkir: "Belə proyektlərdə bizim ortaq mədəni irsimizə aid olan gələcək ulduzlar da diqqətdən kənarda qalmır. Belə ki, mötəbər münsiflər heyətimiz "Neva bülbülü" Ümumrusiya Vətənpərvərlik Uşaq Mahnı Müsabiqəsində iştirak edən 118 istedadlı uşaq və yeniyetmələr arasında birinci yerə məhz Müslüm Maqomayevin "Azərbaycan - baharlı yurdum" mahnısını ifa edən Bakı Musiqi Akademiyasının musiqi məktəb-studiyasının məzunu Teymur Kazımovu layiq görüb. O, hazırda Sankt-Peterburq Dövlət Konservatoriyasında təhsilini davam etdirir və ikitərəfli mədəni əlaqələrə öz layiqli töhfələrini verir".

Kazımov Teymur Ramil oğlu 2005-ci il aprelin 15-də Bakı şəhərində doğulub. 2019-cü ildə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin "Fortepiano" ixtisası üzrə tam kursunu Fərqlənmə Diplom ilə bitirib. 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən "ERUDİT" tam orta təhsilı məktəbini əla qiymətlərlə başa vurub. Eyni zamanda Üzeyir Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında "Akademik vokal" ixtisası üzrə təhsil alıb.

Vokal ifaçısı respublikamızda istedadlı, yaradıcı gənclərə dövlət qayğısından çox razıdır: "Keçmiş sovetlər ittifaqı dövrünü görməsəm də, oxuyub-eşidib öyrəndiklərimdən ötən əsrin 60-80-ci illərində Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına qayğısından, bəstəkarları, xanəndələri, şair və yazıçılarımızı himayəsindən xəbərdaram. Çox şadam ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də atasının – Ümummilli Liderimizin yolunun sədaqətli davamçısı, müstəqil respublikamızın yetirdiyi, yaradıcılıqları ilə xalqın xidmətində dayanan fikir, sənət adamlarının dayağıdır, ümid, inam yeridir. Mənə də göstərilən etimadı doğrultmağa, mədəniyyət nümunələrimizin dünyada tanıdılması üçün bilik və bacarığımı əsirgəməməyə çalışacağam". 

Məktəb-studiyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova sevimli tələbələri haqqında danışır: 

Teymur Kazımov çox istedadlı musiqiçidir. Bakı Musiqi Akademiyası nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının parlaq məzunlarındandır. Oxuduğu illərdə özünü məsuliyyətli, səliqəli və çalışqan şagird kimi göstərib. Gözəl səsə malik olması ilə yanaşı, özünü pianoçu, bəstəkar kimi də sınayır və gözəl nəticələr təqdim edə bilir. Bunları nəzəriyyə fənlərindən ona dərs deyərkən aşkarlamışam. Görkəmli macar bəstəkarı Ferens Listi - onun da fəaliyyəti çoxşaxəlidir, bəstəkar, pianoçu, dirijor, həm də pedaqoq idi - özünə nümunə seçməsi məni çox sevindirir. Teymurun uğurları qürurvericidir. Onunla iki yaradıcı işimiz olub. İlk təqdim etdiyimiz, 44 günlük Vətən savaşımızdakı Qələbə münasibətilə Gülər Əlvanqızının sözlərinə yazdığım "Zəfər nəğməsi" əsərimin uğurlu ifasıdır.  Daha sonra məktəb-studiyanın 40 illiyinə həsr etdiyim himni özünəməxsus tərzdə ifa etdi. Teymurun nailiyyətləri bizi sevindirir, xüsusən də ixtisas fənnindən illərdir dərs deyən, onun hər müvəffəqiyyətini böyük məmnunluqla qarşılayan Ofeliya Axundovanı... Teymura daim öz üzərində işləməyi və yeni uğurlara imza atmağı diləyirəm! Hər zaman yalnız irəli!!!

Teymur Kazımov Vətənimizin bir parçası və sənət məbədi olan Qarabağımızdan səsləri havalanan, yaddaşlarda əbədi yaşayacaq Xan Şuşinskinin, Bülbülün, digər korifeylərimizin layiqli davamçısıdır. Yağı düşmənin ata-baba torpaqlarını işğalı səbəbindən "Qafqaz Konservatoriyası"nda təhsil ala bilməsə də, tale onu Qarabağ zənguləsindən, Şuşa oxusundan, səs vergisindən məhrum eləmədi... Uğurlar olsun!    


Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ