Bazar günü günü, 11 oktyabr 2026
     

"Vətən adlı xəstəliyim var, Alıah şəfa verməsin"- Kamalə Abıyeva yazır....

Image


  "Vətən adlı xəstəliyim var, allah şəfa verməsin" - bu sözləri çoxlarının dilində şüara dönəndə Əli hələ məktəbliydi. Vətən xəstəsiydi Əli. Dərmanı erməni işğalında olan torpaqlarımızın azadlığıydı. Əli Rahin oğlu Seyidov 1999-cu il 11 iyulda Bakıda anadan olmuşdu. 2006-2017-ci illərdə Rixard Zorge adına 90 nömrəli məktəbdə oxumuşdu.

 Uşaqlıqdan idmanı sevir, idmanla məşğul olurdu. Müxtəlif idman yarışlarında iştirak edən Əli 15 qızıl, 6 gümüş, 3 bürünc medal qazanmışdı. Məşqçiləri, yaxın dostları ona çox güvənir, idmandan ayrılacağını guman etmirdilər. Ancaq Əli hərbiçi olmaqda qərarlıydı. Orta təhsilini başa vurub sənədlərini Hərbi Akademiyaya verir. Müəyyən səbəblərdən qəbul oluna bilməsə də fikrindən dönmür.

4.01.2018-cu ildə həqiqi hərbi xidmətə yollanır. Goranboyda Ballı Qayada xudmətə başlayır. Xidmət zamanı da müxtəlif təşəkkürnamələrə layiq görülür. Bütün tapşırıqları yerinə yetirərkən birinci olduğundan "Yırtıcı" ləqəbi ilə müddətli hərbi xidmətini başa vuran Əli ailəsinin yanına Maxe olmaq qərarı ilə qayıdır. Hamı  "Vətən adlı xəstəliyim var,allah şəfa verməsin" sözləri  həyat şüarı olan Əlinin ermənilərin işğal etdiyi torpaqlarımız azad olmayınca rahatlıq tapmayacağını bilirdi. Kimsə etiraz etmədi. 

- Bölüşərdik, məsləhətləşərdik  həmişə. Hərbiçi olmağına da etiraz etmədim. Özüm də hərbiyə maraq göstərmişəm, hərbiçi olmaq istəmişəm, arzumu reallaşdıra bilmədim. Ona görə Əlinin hərbiçi olmasına sevindim əslində. O, Hərbi Akademiyaya imtahan verdi. 2 balını azaltdılar. Əli ruhdan düşmədi, "onsuz da mən hərbiçi olacağam" dedi. Uşaqlıqda  geyimlərinə bayraq tikdirərdi. Vətənpərvər ruhda böyüyürdü Əli. "Torpaqlarımızı azad edəcəm. 22 yaşında məni hamı tanıyacaq" deyirdi. Elə də oldu. İndi onu hamı tanıyır - deyir övladlarına həm ana, həm də ata olan Lalə xanım.

Qardaşı Məhəmməd Seyidov: İdmanda uğurları çox idi. Kinq boksla, üzgüçülük və futbolla da məşğul olurdu.İştirak etdiyi bütün yarışlarda fərqlənirdi. Əli yorulmaq bilmirdi. Məşqçilərimiz idmanda qalmasını istəyirdi. İdmanı sevən, bu qədər uğurları olan biri üçün idmandan ayrılmaq çətindi əslində. Əli ayrıldı. Hərbini seçdi. Onun üçün Vətən birinci idi. Həqiqi hərbi xidmətdə olanda artıq diqqət çəkmişdi, qaçışda, qol gücündə, silahı söküb-yığmaqda birinci olurdu. Müddətdən artıq hərbi xidmətə də özü qərar verdi.  Ən böyük arzusu torpaqlarımızın azadlığı uğrunda vuruşmaq idi. 

Savaşa XTQ-in kəşfiyyatçısı kimi qatıldı. 21 düşmən postunun məhv edilməsində  cəsurluğu, qəhrəmanlığı ilə fərqləndi. "Suqovuşanın fatehi" oldu.

Döyüş yoldaşı Nicat Mirəliyevin söylədikləri: Hərbiyə gələndən seçilib Əli. Döyüşlərdə də çox igidlik göstərdi. Neçə dəfə əlbəyaxa döyüşlər oldu. Əli elə çevik, elə cəld idi ki, bircə dəfə də geri çəkilmədi, məğlub olmadı. İdmançı idi həm də. Qəhrəmanlıq simvolu olan Mübariz İbrahimovun postunda da, düşmən təxribatlarının qarşısının alınmasında da igidlik göstərib Əli".

Vətən qazisi Sərxan Yolçuyev: Əli kimi oğullar qələbə qazandırdı bizə. Elə cəsur, elə qorxmaz idi ki, elə bilirdin güllə dəyməz ona. Amma müharibədir, hər an ölüm ola bilər. Heç kim qorxmurdu, amma şəhidlik də hamıya nəsib olmur. Torpaqlarımızın azadlığı yolunda şəhid olmaq hər birimiz üçün müqəddəs idi.  Əminəm ki, Əlinin də, bütün şəhidlərin də ruhu şaddır, çünki hər biri qələbəyə inanırdı, qalib olacağımıza əmin idi. 

İkinci Qarabağ savaşının igidi Xəzər Əliyev: Hərbi xidmətdə bir yerdə olmuşuq. Bütün təlimlərdə, tapşırıqların yerinə yetirilməsində birinci olardı. XTQ-ə keçmək elə də asan deyil. Əli ən çətin sınaqlardan da çıxdı. Əsil kəşfiyyatçı idi. Müharibədən əvvəl Ağdamda sərhəddə xidmətdə idik. İşğalda olan torpaqları hər gün görürdük. Bu çox ağır idi. Elə deyirdi ki, biz o yerlərə belə uzaqdan baxa bilmərik.Mütləq  torpaqları azad etməliyik. 

Arzusuna çatdı Əli. Torpaqların azadlığı uğruna savaşın qələbə sevincini daddı. Tərtər-Suqovuşan uğrunda döyüşlərdə əlçatmaz zirvəyə ucaldı. Əli Seyidov 10.10.2020-ci ildə Bülbülə Şəhidlər xiyabanında dəfn olunub.

"Yırtıcı " ləqəbli "Suqovuşan fatehi" adlandırılan Əli Seyidov "Vətən uğrunda","Suqovuşanin azadlığına görə", "Ağdamın azadlığı uğrunda", "Cəsur döyüşçü", "Fərqlənməyə görə" medallarına layiq görülüb.

Sinif rəhbəri Maqsud Mirzəyevin yaddaşında Qarabağ hadisələrinin müzakirəsi zamanı həmişə   "torpaqlarımızı müharibə yolu ilə ala bilərik" deyən Əli məsuliyyətli, çalışqan, nümunəvi şagird kimi qalıb.

Beləydi Əli: fərqli, nümunəvi, qorxmaz. Qeyri-adiliyi sevərdi. Rövşən və Məhəmmədin kiçik qardaşı, ailənin sonbeşiyi ananın dediyi kimi "ağıllı, müstəqil, qeyri-adi idi". Anasına "Validəm, sultanım" deyər, sevib oxşayar, doğum günündə təbrik etməyi unutmazdı. Ölümündən sonra da fərqli oldu...

"Gözəl gözlü anam, cənnətim, Validə sultanım, ad günün mübarək. Bağışla ana, yanında ola bilmirəm, amma ruhum hər zaman yanındadı.. Səsini eşidib, qoxunu duyuram anam. Gözlərin ağlamasın, təbəssümün solmasın, həmişə olduğu kimi möhkəm dayan, anam.

Bilirəm, yoxluğum dözülməzdi, gözlərin hər yanda məni axtarır, inan ki, yerim gözəldi. Əziz oğlun Əli".

May ayının 5-i Lalə xanımın doğum günüdür. 2021-ci ilin mayında da hər il onu təbrik edən oğlundan  məktub aldı. Ana çaşıb qaldı. Fırfıra kimi yerində fırlandı. Qapıya qaçdı, küçəyə çıxdı. Oğlunu harayladı. Səsi kəndin o başına getdi, gah da içinə doldu: Əliii.Əliii, hardasan?

"Şəhadətindən 7 ay sonra mayın 5-də aldım bu məktubu. Elə bildim özü də gəlib, sağdı. Dəli kimi axtardım onu. Nə baş verdiyini anlamadım. Demə, məktubu dostuna göndərib. "Şəhid olsam, bu məktubu anama çatdırarsan" deyib. Kimin ağlına gələr? Yaralandığını, xəstəxanada olduğunu, məndən gizlətdiyini düşündüm.  Nələr çəkdim bir bilsəz...Neçə gün özümə gələ bilmədim. Şəhidliyə hazır imiş oğlum. "Mübariz İbrahimov kimi qəhrəman olacağam" deyərdi. Arzusuna çatdı. Çətindi, amma oğlumla qürur duyuram.O, mənim həsrət dolu qürurumdu. Azərbaycan uğruna, vətən uğruna şəhid oldu. Əli  bütün şəhidlərdi, bütün şəhidlər də Əlidir mənim üçün"-deyir Əlinin anası Lalə xanım.

Son dəfə geyindiyi köynəyini hər gün bağrına basan ananın sözlərini unutmuram: Ağırdı. Yoxluğundan var kimi danışmaq çətindi mənə. Yoxdu. Amma həm də hər yerdədi Əli. Məğrur Ana! Məğrur analar! Əli də, Əli kimi torpaq uğruna canından keçən bütün oğullar da hər yerdədilər əslində. Təkcə ürəyimizdə deyil, bu vətənin havasında, suyunda, hər qarışında yaşayırlar və yaşayacaqlar.

Həqiqi hərbi xidmətinin andiçmə mərasimində təşəkkürnamə ilə birlikdə ona verilən bayrağı öz əlləri ilə asıb qapılarından Əli. O bayraq indi də dalğalanır igidimizin  yaşadığı evin qarşısında. Nə qədər ki, Əlilər doğulur, böyüyür, yaşayır bu yurdda Vətən bayrağı beləcə qürurla dalğalanacaq. 

Kamalə Abiyeva




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ